Rusiya nümayəndə heyəti ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İstanbula gedib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd edək ki, bu gün Türkiyədə səfirliklərin işinin tənzimlənməsi məsələsi ilə bağlı Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi baş tutmalıdır. 

Anonim mənbə bildirib ki, İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələr tam qapalı formatda keçiriləcək.

Bu məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək.

Ağarza Elçinoğlu