Xəbər verdiyimiz kimi, Yüksək Şura Toplantısında "Beşiktaş" Klubunun maliyyə hesabatı ilə bağlı iclas keçirilib. 

"Unikal" xəbər verir ki,  toplantı zamanı gözlənilməz hadisə yaşanıb. 

Belə ki, "Beşiktaş"ın İdarə Heyətində Tevfik Yamantürklə Hasan Arat arasında dava düşüb. Həsən Arat çıxışına davam edərkən Tevfik Yamantürk kürsüyə qalxaraq Aratı yumruqla vurub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.