Bu gün keçirilən Yüksək Şura Toplantısında Beşiktaş Klubunun maliyyə hesabatı ictimaiyyətlə paylaşılıb.
"Unikal" xəbər verir ki, toplantıda ağlı-qaralı klubun cari borcunun 15 milyard 65 milyon 312 min 308 TL olduğu açıqlanıb.
"Beşiktaş"ın İdarə Heyətinin açıqladığı rəqəmlər klubun maliyyə strukturu üzərində ciddi yük olduğunu bir daha ortaya qoyub.