Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyinin cari məsələlərini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ararat Mirzoyan və Hakan Fidan regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

***21:11

Antalyada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.