Amerika lideri Donald Trampın administrasiyası siyasətçinin hakimiyyətdə olduğu ilk il ərzində 1 milyon əcnəbi miqrantı deportasiya etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

"Tramp administrasiyası daha çox immiqrantı deportasiya etmək üçün çox səy göstərir... Planlardan birbaşa xəbəri olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, bir rəqəm artmağa davam edir: 1 milyon” .

Hakimiyyət öz məqsədinə nail olsa, bu il ABŞ-də deportasiyaların sayı keçmiş prezident Barak Obamanın administrasiyası dövründə 400 minə yaxın insanın ölkədən qovulduğu rekordu qıracaq.