Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü S.Məmmədovun meyiti sözügedən küçədən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, S.Məmmədov ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov