Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Suraxanı rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
**** 19:00
Suraxanı rayonunda qətl hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.