Ötən gün Qarsiya Pimienta ilə yollarını ayıran "Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, komanda ispaniyalı mütəxəssis Xoakin Kaparrosa həvalə edilib.
69 yaşlı məşqçi cari mövsümün sonundan komandaya rəhbərlik etməyə başlayacaq.
Qeyd edək ki, "Sevilya" hazırda 31 oyundan sonra 36 xalla İspaniya La Liqasında 13-cü pillədə qərarlaşır.