Növbəti mövsüm üçün B seriyasından A seriyasına yüksələn ilk klub müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu, "Sassuolo" komandası olub. Belə ki, "Sassuolo" ötən gecə "Spezia Mantova" ilə heç-heçə edib - 2:2.

Bununla da komanda xallarının sayını 75-ə çatdırıb. 3-cü pillədə qərarlaşan "Spezia Mantova"nın isə 59 xalı var. Beləliklə, "Sassuolo"nun 2-ci pillədən aşağı enməyəcəyi dəqiqləşib.

Emilia-Romaqna şəhərinin təmsilçisi 1 illi fasilədən sonra yenidən A seriyasında mübarizə aparacaq.