Mart ayında zədə alan “Bavariya”nın qapıçısı Manuel Noyerin son durumuna aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, 39 yaşlı qolkiper Çempionlar Liqasının 1/4 finalda İtaliya “İnter”i ilə keçiriləcək cavab oyununda da komandasına kömək edə bilməyəcək. Baldır əzələsində narahatlıq yaşayan almaniyalı qapıçının aprelin 26-da "Maynts"la oyuna kimi hazır olacağı gözlənilir.
Komandalar arasında ilk görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, M.Noyer bu mövsüm 33 oyunda 26 qol buraxıb,18 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.