Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran rəsmiləri ilə bir sıra görüşlər və danışıqlar aparmaq üçün Tehrana gedib.

"Unikal" xəbər verir ki, MAQATE baş direktorunun əvvəlki səfəri 2024-cü ilin noyabrında baş tutub. Qrossinin yeni səfəri zamanı İranın xarici işlər naziri Abbas Əraqçi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə görüşü gözlənilir.

Agentliyin rəhbərinin səfəri Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında bir sıra dolayı danışıqlar fonunda baş tutacaq. Danışıqların birinci tur aprelin 12-də Maskatda keçirilib, ikinci turun isə aprelin 19-da Omanda keçirilməsi nəzərdə tutulub.