UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
"Unikal" xəbər verir ki, İngiltərənin “Mançester Yuneyted” komandası doğma meydanda Fransa “Lion”u ilə, Premyer Liqanın digər təmsilçisi “Tottenhem” isə səfərdə Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab matçları
17 aprel
23:00. “Atletik” (Bilbao, İspaniya) 2-0 “Reyncers” (Şotlandiya). İlk oyun - 0:0
23:00. “Mançester Yunayted” (İngiltərə) 5-4 “Lion” (Fransa)
İlk oyun - 2:2.
23:00. “Ayntraxt” (Almaniya) 0-1 “Tottenhem” (İngiltərə)
İlk oyun - 1:1.
23:00. “Latsio” (İtaliya) 3-1 “Budyo Qlimt” (Norveç) penaltilər 2:3.
İlk oyun - 0:2.
Qeyd edək ki, Avropa Liqasının yarımfinal görüşləri mayın 1-də keçiriləcək.