ABŞ Prezidenti Donald Tramp Florida Dövlət Universitetində (Florida ştatı, Tallahassee yaxınlığında) atışmanı “rüsvayçılıq” adlandırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ lideri bildirib ki, silah qanunlarına dəyişiklik etmək istəmir:
"Baxın, mən İkinci Düzəlişin böyük tərəfdarıyam, əvvəldən belədir. Hadisələr qorxuncdur, amma atəş açan silahlar deyil, insanlardır".
CNN yazır ki, ilk prezidentlik dövründə Tramp silah alışı ilə bağlı arxa plan yoxlamalarına açıq olacağını deyib. Lakin sonradan bu şərhləri geri götürüb.
Xatırladaq ki, aprelin 17-də Florida Universitetində baş verən atışma nəticəsində 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Gülayə Mecid