Polşada F-16 döyüş təyyarəsini ilk dəfə qadın pilot idarə edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə məlumat verib.
"Böyük xəbər odur ki, Polşanın ilk qadın F-16 pilotu var", - nazir qeyd edib.
Onun sözlərinə görə, zabit Laskdakı 32-ci Taktiki Hava Bazasında xidmət edir. Xanım pilot ABŞ-də təhsil alıb.
Gülayə Mecid