Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1973-cü il təvəllüdlü Mehdiyev Münasib Namaz oğlunun meyitinin qalıqları Samux rayonun Qovlarsarı kəndində dəfn edilib.

"Unikal"ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi  kənd qəbirstanlığında  torpağa tapşırılıb, dualar oxunub.Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki 1973-cü il təvəllüdlü şəhid Mehdiyev Münasib Namaz oğlu I Qarabağ müharibəsində  1992-ci il də Ağdərə rayonunun Aterk kəndi ərazisində  itkin düşmüşdür.

*** 13:26 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1973-cü il təvəllüdlü Mehdiyev Münasib Namaz oğlunun meyitinin qalıqları Samux rayonuna gətirilib.

"Unikal"ın məlumatına görə, şəhidin nəşi doğulduğu rayonun Qovlarsarı kəndində  ailəsinə təhvil verilib və  şəhidin ata evində vida mərasimi keçirilir. Vida mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida məsimindən sonra şəhid Münasib Mehdiyevin meytinin qalıqları kənd qəbirstanlığlnda dəfn ediləcək.

Qeyd edək ki 1973-cü il təvəllüdlü şəhid Mehdiyev Münasib Namaz oğlu I Qarabağ müharibəsində  1992-ci il də Ağdərə rayonunun Aterk kəndi ərazisində  itkin düşmüşdür.

Tural Əhmədov