UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusunun adı açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Almaniyanın “Borussiya Dortmund” komandasının hücumçusu Seru Qirassi layiq görülüb.
29 yaşlı qvineyalı futbolçu “Barselona” ilə keçirilən cavab matçında (3:1) het-trik edib. Lakin ümumi hesabda rəqibini 5:3 hesabı ilə üstələyən Kataloniya klubu yarımfinala vəsiqə qazanıb.