PSJ klubu futbolçusu Bredli Barkola ilə müqavilə müddətini uzadacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. 22 yaşlı vingerin maaşı da artacaq.

Xatırladaq ki, Barkola 2023-cü ilin yayında “Lion”dan Paris klubuna keçib. Transfer Fransa nəhənginə 45 milyon avroya başa gəlib.