İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən müvafiq tədbirlər davam etdirilir.
FHN-dən "Unikal"a verilən məlumata görə, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir.