Ukrayna hökuməti ölkənin müdafiə nazirinin birinci müavini İvan Qavrilyuku vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov bəyan edib ki, Qavrilyuk onun komandasının bir üzvü olaraq qalır. Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
“Onun səyləri sayəsində biz nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birində sabitliyi təmin edə bildik”, - deyə o qeyd edib.