Amerika prezidenti Donald Trampın xüsusi səfiri Stiven Uitkoff İsrailin xüsusi xidmət orqanı olan “Mossad”ın rəhbəri David Barnea ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, görüşdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edib. Danışıqların bağlı qapılar arxasında qeyri-rəsmi şəraitdə keçirildiyi bildirilir.

Uitkoff İsrailli rəsmilərlə İranın nüvə proqramı üzrə aparılan ABŞ-İran danışıqlarını müzakirə edib.