Biləsuvarda zəhərlənmə hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, 5 yaşlı A.Z. zəhərlənmə ilə bağlı Biləsuvar rayon xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəlüdlü (qadın cinsli) şəxs zəhərlənmə şübhəsilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dərman zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Xəlil Əliyev