Təbrizin “Traktor" klubu İran çempionatında növbəti qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, Güney Azərbaycan komandası aprelin 18-də “Melavan” üzərinfə 3:0 hesablı qələbə qazanaraq xallarını 58-ə yüksəldib. Nəticədə “Traktor" klubu 24-cü Liqa mövsümündə digər matçların nəticəsini gözləmədən liderliyə yüksəlib.
Bu vacib qələbə Təbriz təmsilçisinə çempionluq yolunda çox mühüm üstünlük qazandırıb.
“Traktor” liqada qalan dörd oyunda cəmi 7 xal daha toplayaraq çempionluğunu təmin edə bilər.