Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin “Pasxa atəşkəsi” ilə bağlı bəyanatından danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

"Putinin insanların həyatı ilə oynamaq cəhdi ilə bağlı hazırda Ukraynada hava hücumu xəbərdarlığı verilir. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkar edildi. Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyası artıq müdafiə üzərində işlərə başlayıb. Bu, Putinin Pasxa bayramına və insan həyatına real münasibətidir", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu