ADU-nun Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universitetinin prorektoru təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.
Fikrət Cahangirov BSU-da tədris işləri üzrə prorektor olaraq fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, Fikrət Cahangirov 2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin, 2015-2017-ci illərdə Pedaqoji fakültənin, 2017-ci ildən indiyədək Təhsil fakültəsinin dekanı olub.