Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

XXX

15:36

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.