Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilir.

"Unikal" xəbər verir ki, bu gün bir qarşılaşma olub.

"Gəncə" evdə "Şəki"yə 94:71 xal hesabı ilə qalib gəlib.

Rəqiblərin ilk oyununda "Şəki" qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.