İngiltərə Premyer Liqasının 33-cü turunda lider "Liverpul" "Lester Siti" ilə qarşılaşıb. 

"Unikal" xəbər verir ki, matç "Liverpul"un minimal hesablı qələbəsi ilə başa çatıb. 

76-cı dəqiqədə ingilis müdafiəçi Trent Alexander-Arnold fərqlənib. 

Turnir cədvəlinə 79 xalla "Liverpul" başçılıq edir və çempionatın bitməsinə 5 tur qalmış ikinci yerdə olan "Arsenal"ı 13 xal qabaqlayır.

Ağarza Elçinoğlu