Oğuzda ferma yanıb.

"Unikal" xəbər verir ki, gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Mûşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında baş verib. Yanğın yerinə Oğuz rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Seymur Əli