Rusiya prezidenti Vladimir Putin ölkədə xarici agentlərin təhsil və maarifləndirmə fəaliyyətlərində iştirakına tam qadağa qoyan qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qanuna əsasən, "Rusiya Federasiyasında təhsil haqqında" və "Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında" qanunlara dəyişiklik edilib. Buna görə, artıq xarici agentlər böyüklər və uşaqlarla bağlı maarifləndirmə və təbliğat fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.
Bundan əlavə, sənəd sahibinin xarici agent kimi tanınması halında təhsil fəaliyyəti üçün lisenziyanın ləğvini nəzərdə tutur.
Ağarza Elçinoğlu