"Sabah" və "Neftçi" komandaları Azərbaycan Basketbol Liqasında yarımfinala yüksəliblər.

"Unikal" xəbər verir ki, seriyanın ikinci oyununda da "Sabah" "Sərhədçi"ni (100:77), "Neftçi" isə "Ordu"nu (88:54) məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, növbəti oyunlar aprelin 22-də reallaşacaq.