2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edəcək iki klubun adına aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, "Lids" və "Bernli" bu hüququ əldə ediblər.
Onlar Çempionşipin 44-cü turunu qələbə ilə başa vuraraq, vacib vəzifənin öhdəsindən gəliblər. Hər iki komandanın hesabında 94 xal var və ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar.
Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanacaq 3-cü klubun adı 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra bəlli olacaq.