Yevlaxda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib. "VAZ-2107" və "Hyundai" markalı minik maşınlarının toqquşması nəticəsində xəsarət alan Ağdaş rayon sakinləri - 1964-cü il təvəllüdlü Təzəgül Ağayeva və 2006-cı il təvəllüdlü gəlini Nərgiz Bəkirova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov