SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli vəfat edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, heykəltəraş 92 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tiflisdə anadan olub. O, 500-dən çox rəsm, heykəl, qrafika, pano və sair incəsənət nümunələrinin müəllifi olub.