Mövsüm finalına hazırlaşan "Deha" serialının heyətində dəyişiklik edilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Karga" obrazına həyat verən aktyor Taner Rumeli yenidən layihəyə qayıdır. O, 28-ci bölümdən etibarən ekran işində yer alacaq. O, Devranla birlikdə düşmənlərindən intiqam alacaq. 

Qeyd edək ki, serial 32-ci bölüm ilə mövsüm finalına çıxacaq.