Azərbaycanda futbol hakimi yüksək vəzifəyə təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) məlumat yayıb. Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq İcra Aparatı formalaşdırılıb.
Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərir. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında matçlara təyinat alır.