İtaliyanın "Milan" komandasının keçmiş prezidenti Cüzeppe Farina 91 yaşında vəfat edib.

"Unikal" "Haber Global" telekanalına istinadla xəbər verir ki, C.Farina 1980-1986-cı illərdə "Milan"ın prezidenti vəzifəsində çalışıb.

Onun rəhbərliyi zamanı komanda daha əvvəl heç yaşamadığı çətinlikliklərlə üzləşib. "Milan" 1980-ci illərdəki mərc oyunları qalmaqalından sonra B Seriyasına düşüb.

C.Farinanın dövründə də əldə edilən qeyri-sabit nəticələrlə bu ağrılı proses davam edib. "Milan" 1986-cı ildə iflas həddinə qədər çatıb.