Futbol üzrə İspaniya La Liqasında XXXIII tura start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında "Valensiya" doğma meydanda "Espanyol"la heç-heçə edib - 1:1.

Digər görüşdə isə çempionatın lideri "Barselona" evdə "Malyorka" üzərində çətin qələbə qazanıb. Kataloniya təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Malyorka" isə 44 xalla 7-ci pillədə qərarlaşıb.