“Mövcud normativlərə əməl olunması təmin edilməlidir. Birmənalı şəkildə yaşayış binalarının istilik və su təchizatı istilik yüklərinə uyğun olaraq qazanxanalar vasitəsilə yerinə yetirilməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev deyib.
"Müstəsna halda qazanxanalar tikilir. Düzdür bunun obyektiv səbəbləri var, amma ən azından qanunvericilik aktları qazanxanaların tikilməsini məcburi sayır. Binanın mütləq istilik təchizatı layihəsi olmalıdır. 2005-ci ildə Nazirlər Kabineti büdcədən maliyyələşən təşkilatlarla bağlı sərəncam verib. Belə ki, büdcədən maliyyələşən təşkilatların, məktəb, bağça, səhiyyə ilə bağlı inzibati bina tikilərsə, mərkəzi istilik sistemi mütləq nəzərə alınmalıdır və bunun layihəsi mütləq qaydada təmənnasız olaraq “Azəristiliktəchizat”la razılaşdırılmalıdır”, - deyə İ.Mirzəyev bildirib.
Anar Kəlbiyev