"Bu sirr deyil ki, tariflər aşağıdır və “Azəristiliktəchizat” bu günləri subsidiya ilə işləyir. Ona görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olması ilə yanaşı, əlavə subsidiya tələb olunur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev deyib.

"Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır. 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzləndi. Bu artıq təsərrüfat üçün müəyyən qədər nəfəs almağa imkan verdi. Bu, gəlirlərin müəyyən qədər artmasına imkan verdi. Bu hardasa bizə 2 milyona yaxın əlavə verdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında məyyən olundu. Bu da gəlirlərin iki dəfə artımı deməkdir", - deyə sədr əvəzi bildirib.

Anar Kəlbiyev