Xəbər verdiyimiz kimi, ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusudur. O, gizir rütbəsində xidmət edirdi.
İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli