Serbiya prezidenti Aleksandr Vuçiç mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirakını təsdiqləyib.
"Unikal" xəbər verir ki, o, daha əvvəl Rusiya prezidenti Vladimir Putinə verdiyi sözü yerinə yetirəcəyini və beynəlxalq gərginliyə baxmayaraq tədbirdə iştirak edəcəyini vurğulayıb.
Vuçiçin sözlərinə görə, o, böyük ehtimalla Serbiya hökumətinin və ordusunun nümayəndələri olmadan təkbaşına səfər edəcək ki, onları sanksiyalar riskinə məruz qoymasın.
"Mən gedib xaricdən və daxildən bütün zərbələri alacağam. Söz verdiyim kimi, Serbiyanı Qələbə bayramında fəxrlə təmsil edəcəyəm", - Vuçiç bildirib.