Xəbər verdiyimiz kimi, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.

"Unikal"ın məlumatına görə, qurumun baş katibi Elnarə Musayeva bildirib ki, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.

O qeyd edib ki, yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilər keçiriləcək.

***

09:00

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.