Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin  keyfiyyəti sektoruna müdir təyin olunub.

"Unikal"ın məlumatına görə, Mahir Zahidov Savadxan oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Mahir Zahidov pedaqoji fəaliyyətə müəllim kimi Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində başlayıb. Daha sonra digər ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb direktoru kimi fəaliyyət göstərib. Təyinatdan öncə M.Zahidov  Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Xəlil Əliyev