Ekvadorun Quayaquil şəhərində futbolçu və "Emelek" futbol klubunun müdafiəçisi Cekson Rodriqesin həyat yoldaşı və uşağı qaçırılıb.

"Unikal" xəbər verir ki, hadisə aprelin 23-də səhər saatlarında baş verib. Polis rəisi bildirib ki, futbolçu giriş qapısının oğrular tərəfindən sındırıldığını eşidəndə çarpayısının altında gizlənib.

26 yaşlı müdafiəçi həmçinin bildirib ki, o, oğruların "iki kabinli boz pikap sürdüyünü" pəncərədən görüb.

Xatırladaq ki, yanvar-mart ayları arasında 2,345 zorakı ölüm qeydə alınıb, onlardan 742-si paytaxt Kitodan 270 kilometr cənub-qərbdə yerləşən Quayaquildə baş verib.