“Qəbələ” Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.

Bölgə təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.

Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.