Hindistanın kəşfiyyat agentlikləri Cəmmu və Kəşmirdə ölkənin digər bölgələrinin sakinlərini, turistləri, polisi və dəmiryol işçilərini hədəf alan yeni terror aktları ehtimalı barədə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, xəbərdarlıqda Pakistanın İSİ və ona bağlı terror təşkilatlarının xüsusilə Şrinaqar və Qanderbal rayonlarında turistləri/yerli olmayanları, polis əməkdaşlarını və Kəşmir Panditlərini (müəllimlər, keşişlər) hədəf alan daha çox hücumlar planlaşdırdığı bildirilir.
Kəşfiyyat mənbələri həmçinin dəmir yolu infrastrukturunu və dəmir yolu personalını hədəf alan mümkün terror hücumları barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Hindistanın Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam şəhəri yaxınlığında terror aktı çərşənbə axşamı günorta saatlarında baş verib. Bir neçə silahlı şəxs turistlərin məşhur məkanı olan Baysaran vadisində at sürən turistlərə atəş açıb. Hücuma görə məsuliyyəti “Ləşkəri-Taibə” terror təşkilatı ilə əlaqəsi olan Müqavimət Cəbhəsi adlı qrup öz üzərinə götürüb. Hücum nəticəsində 25 hindistanlı və bir Nepal vətəndaşı həlak olub.