Bu gecə İspaniya kuboku uğrunda final oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki, həlledici qarşılaşmada əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. “Kral kuboku” uğrunda qarşılaşma Sevilyadakı Olimpiya stadionunda təşkil olunacaq.