Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin son durumu açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə sənətçinin qızı Samirə Mirəliyeva Oxu.az-a açıqlama verib. O bildirib ki, atasının vəziyyəti qənaətbəxşdir:
"İndicə reanimasiyadan çıxarıb palataya köçürdülər".
Qeyd edək ki, sənətçinin xanımı Anaxanım Mirəliyeva açıqlamasında ərinin xəstəxanaya yerləşdirildiyini bildirmişdi: "Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar".