Ufada Rusiya Federasiyası, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti Fidan Qafarov 77 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aktyorun ölümü barədə məlumatı çalışdığı teatr yayıb. Məjit Qafuri adına Başqırd Dövlət Akademik Dram Teatrının aktyoru 78 yaşında vəfat edib. Salavat Yulayev adına Dövlət Mükafatı laureatı, Ufa şəhərinin fəxri vətəndaşı, teatr əfsanəsi olan Fidan Qafarov teatrda işlədiyi illərdə bir çox rollar oynayıb, həm də xalq və estrada mahnılarının populyar ifaçısına çevrilib.