İranın Bəndər Abbas liman şəhərində yanğın yenidən başlayıb.

"Unikal" xəbər verir ki, bunu "Fars" agentliyinə Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.

"Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub", - deyə İran rəsmisi bildirib.